Sakit okean

coğ. Pacifique (océan)

sakit
sakitcə
OBASTAN VİKİ
Sakit Okean
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir == Etimologiya == Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır. == Dənizləri == Berinq dənizi Oxot dənizi Yapon dənizi Şərq dənizi Sarı dəniz Şərqi Çin dənizi Cənubi Çin dənizi Yava dənizi Banda dənizi Filippin dənizi Ross dənizi Amundsen dənizi Bellinshauzen dənizi Mərcan dənizi Tasman dənizi Durvil dənizi Fici dənizi və.s. == Sahəsi == Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur.
Sakit Okean kütdimdiyi
Sakit okean kütdimdiyi (lat. Fratercula corniculata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinin kütdimdik cinsinə aid heyvan növü.
Sakit okean Tərəfdaşlığı
Trans-Pacific Partnership (TPP'), və ya Trans-Pacific Partnership Agreement, Avstraliya, Avstraliya, Bruney], Kanada, Çili, Yaponiya, Malayziya], Meksika, Meksika, Yeni Zelandiya, Peru, Peru, Sinqapur, Vyetnam] arasında təklif olunan ticarət sazişi, Kanada, Kanada, Çili, Amerika, Amerika arasında 2016-cı il fevralın 4-də imzalanmış müqavilə olmuşdur. Yeni seçilmiş Prezident Donald Tramp 2017-ci ilin yanvarında ABŞ-nin TPP-dən çəkilməsindən sonra, müqavilə tələb olunduğu kimi ratifikasiya edilə bilmədi və qüvvəyə minmədi. Qalan ölkələr trans-Sakit okean tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişi adlı yeni ticarət sazişi ilə bağlı danışıqlar edilər. Bu saziş TPP-nin əksər maddələrini özündə cəmləşdirir və 30 dekabr 2018-ci ildə qüvvəyə mindi. TPP 2005-ci ildə Bruney, Çili, Yeni Zelandiya və Sinqapur tərəfindən imzalanmış Trans-Sakit okean Strateji İqtisadi Tərəfdaşlıq Sazişinin (TPSEP və ya P4) genişləndirilməsi kimi başlamışdır. 2008-ci ildən etibarən daha geniş razılaşma üçün əlavə ölkələr müzakirəyə qoşuldu: Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, ABŞ və Vyetnam. Bununla da, müzakirə edən ölkələr on ikiyə çatdılar. 2017-ci ilin yanvarında ABŞ sazişdən geri çəkildi. Digər 11 TPP ölkəsi 2017-ci ilin may ayında onu ilin yanvar ayında razılığa gəldi. 2018-ci ilin mart ayında 11 ölkə Trans-Sakit okean Tərəfdaşlığı üçün hərtərəfli və mütərəqqi saziş adlanan sazişin yenilənmiş variantını imzalayıb.
Sakit okean gillemotu
Sakit okean gillemotu — auk ailəsindən (Alcidae) orta ölçülü dəniz quşu. O, Cepphus cinsinin əlaqəli növlərinə, xüsusilə də bir qədər böyük olan adi gillemota (Cepphus gylle) bənzəyir. Yetkin nümunələrdə qanadlarında ağ yamaq olan qara lələk var. Qaranlıq gağa olduqca nazik, pəncələri isə qırmızıdır. Qışda lələklərin yuxarı hissəsi boz rəngli bir rəng əldə edir, aşağı hissəsi isə ağ olur. Göyərçin gillemotları sürətli qaça bilər, həmçinin demək olar ki, dik vəziyyətdə dayana bilər. Sakit okean gillemotları Sakit okeanın şimalındakı qayalı adalarda kiçik koloniyalarda çoxalır. Onların diapazonu Kamçatkadan Şimali Amerikaya qədər uzanır, burada Alyaskadan Kaliforniyaya qədər bütün sahil boyunca tapıla bilər. Göyərçin gillemotları qışda Alyaskadan cənubdakı buzsuz ərazilərə köç edir. Kaliforniya quşları şimaldan Britaniya Kolumbiyası ərazisinə köç edir.
Sakit okean kəməri
Taiheiyō kəməri (Yapon dilində: 太平洋 ベ ル ト Taiheiyō beruto; “Sakit okean kəməri”) Yaponiyada şimaldakı İbaraki prefekturasından cənubdakı Fukuoka prefekturasına qədər təxminən 1200 km uzunluğunda bir meqapoldur. Əhalisi 81 859 345 nəfərdir və ölkə əhalisinin 65% -ni təşkil edir. Bölgə ölkənin sənayesinin və iqtisadiyyatının əsasını təşkil edir və 2007-ci ildə Yaponiya ÜDM-nin 81% -ni əhatə etmişdir.
Sakit okean müharibəsi
Sakit okean müharibəsi — 1879-1884-cü illərdə, Çili ilə Peru və Boliviya arasında Region Arica y Parinacota, Region de Tarapaca və Region de Atacama əraziləri uğrunda aparılmış müharibə. Müharibədən önçə Peru və Boliviya gizli anlaşma ilə Çiliyə qarşı ittifaq bağlamışlar. Çilinin vəziyyəti bu ərəfədə heçdə yaxşı deyildi belə ki, o uzun zaman ölkənin cənubunda onlara baş əyməyən hindulara qarşıda müharibə aparırdı. Bu müharibə Araukaninin istilasında müəyyən durğunluğun yaratmasına səbəb olmuşdur. == Müharibə öncəsi vəziyyət == 1810-30-cu illərdə İspaniyanın kolniyalarındakı hökmranlığı Cənubi Amerikada yavaş-yavaş sona çatması ilə bölgədə qurtuluşunu yeni elan edən Çili (1817), Boliviya (1825), Peru (1827) kimi ölkələr Sakit okean sahillərinə sahiblənmək üçün mübarizə başlayır. Boliviya daha öncə İspaniyanın müyyənləşdirdiyi sərhədin yeni qurulan dövlətlərin sərhədləri olaraq müəyyənləşməsini qəbul etməyərək 1825-ci ilə qədər məskunlaşması az olan səhra bölgəsini öz ölkə torpaqlarının bir parcası olaraq görürdü. 1830-ci ildə bu bölgədə sahil şəhəri olan Kobijanı inşa edilir. O dönəmdə Çili hökuməti bu olaya hec bir reaksiya göstərmir. Çili heç bir müdaxilə etməsədə bölgə əhalisinin 95% buranı Çili torpağı olaraq görürdü. Buna səbəb koloniya dönəmində Çili və Peru arasında sərhəd cizgilərinin dəqiq müəyyənləşməsi idi.
Sakit okean plitəsi
Sakit okean plitəsi — Sakit okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-şərq tərəfdə bu plitə Kəşfiyyatçı plitəsi, Xuan de Fuka plitəsi və Qorda plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San Andreas qırığı üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos plitəsi ilə sərhədlərə sahibdir. Cənub-şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktika plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. Qərb hissədə plitə Oxotsk plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin dənizi plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina plitəsi ilə transform və Şimali-Bismark plitəsi ilə kəsişmə sərhədlərinə sahibdir. Cənub-qərbdə Sakit okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırığı bu plitələr arasında transform sərhəddi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir.
Sakit okean siyənəyi
Sakit okean siyənəyi (lat. Clupea pallasii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinin siyənək cinsinə aid heyvan növü.
Sakit okean sümüklüsü
Oncorhynchus (lat. Oncorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Asiya-Sakit okean Şurası
Asiya-Sakit okean Şurası (ing. Asian and Pacific Council) və ya sadəcə AZPAK — Uzaq Şərqdə və Sakit okeanın qərb hissəsində məhəlli siyasi-iqtisadi ittifaq. 1966-cı ilin iyununda Seulda yaradılmışdır. 1975-ci ilin əvvəlində şuraya keçmiş Cənubi Vyetnam, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Tailand, Filippin, Cənubi Koreya və Laos daxil idi. AZPAK formal olaraq məhəlli iqtisadi, mədəni və ictimai əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Azərbaycan sovet mənbələri iddia edir ki, AZPAK əslində, "Asiya sosialist ölkələrinə və ümumiyyətlə, Cənub-Şərqi Asiya və Uzaq Şərqdə milli azadlıq hərəkatına qarşı yönəlmiş siyasi ittifaqdır". Təşkilat üzvlərinin əksəriyyəti Qərb ölkələrinin müxtəlif qruplaşmasında iştirak etmişdir. Onlar müxtəlif müqavilə, sazişlə ABŞ və Birləşmiş Krallıq ilə əlaqəli olmuşlar. Malayziya 1973-cü ildə AZPAK-dan çıxmaq haqqında qərar qəbul etmiş, Cənubi Vyetnam süquta uğramışdır. Bunun ardınca AZPAK-ın fəaliyyəti praktiki olaraq iflic vəziyyətinə düşmüşdür.
Birinci Sakit okean müharibəsi
Birinci Sakit okean müharibəsi (isp. Primera Guerra del Pacifico) - İspaniyanın Peru və Çili qarşı apardığı müharibə olsa da sonradan Ekvador və Boliviyanın münaqişəyə qoşulması ilə daha geniş xarakter alır. Münaqişənin başlaması 14 fevral 1864-ci ildə İspanların Cinca adasını işğalı ilə başlayır. 1883-ci ilin 12 iyulunda sülh müqaviləsinin imzalanması ilə bitmişdir. Ancaq əslində isə fəal hərbi əməliyyatlar 1866-ci ildən bitir. Bu addım İspaniyanın Cənubi Amerikanı qaytarmaq üçün son cədhi idi. İspanlar bu müharibəni isp. Guerra del Pacifico, yəni Sakit okean müharibəsi adlandırırdılar. Çililər isə müharibəni isp. Guera contra Espoña adlandırırlar.
Cənubi Sakit okean mandatı
Cənubi Sakit okean mandatı (yap. 南洋庁) — Millətlər Liqasının qərarı ilə Almaniya imperasının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra Sakit okeanda yerləşən müstəmləkələr Yaponiya imperiyasının mandatlığına verilmişdir. Mandatlıq 1919-cu ildən 1947-ci ilə qədər davam etmişdir. == Tarixi == İngilis-yapon birliyinin şərtlərinə müvafiq olaraq 23 avqust 1914-ci ildə Yaponiya imperiyası Almaniyaya müharibə elan edir. İngilislərlə birlikdə Sindao hücumu həyata keçilir. Yaponiya İmperiya donanmasının hədəfi Almaniya Şərqi-Asiya kreyser eskadrosunu darmadağın edmək və Sakit, Hind okeanlarında dəniz yollarının təhlükəsizliyi təmin etmək vəzifəsini üzərinə götürürlər. Bu vəzifələrin yerinə yetirilməsi zamanı 1914-cü ilin oktyabr ayında Yaponiya donanması Almaniyanın okeaniyadakı mülkləri olan Marian adaları, Karolin adaları, Marşall adaları və Palau arxipelaqına hücum təşkil edilir. Müharibənin bitməsi ilə Paris Sülh Konfransında rəsmən ərazilərin Yaponiyanın işğalı tanınır. Mandatın kateqoriyası "C" olaraq tətbiq edilir. Yaponlar bir müddət sonra adaların iqtisadi inkişafına xüsusi diqqət yetirir.
Cənubi Sakit okean silsiləsi
Cənubi Sakit okean silsiləsi — sualtı okean silsiləsi Sakit okeanda yerləşir. 160° ş. u-dan 130° q. u qədər uzanır. Qərbdə Avstraliya-Antarktika qalxması, şərqdə isə Şərqi Sakit okean qalxması ilə birləşir. Ümumi uzunluğu 4100 – 4300 km, eni isə 500–1000 km-dən 1500 m qədər olur. Hündürlüyü 2500–3000 m, ən aşağı dərinliyi 878 m olur. Rift dərələrinə az təsadüf edilir. == Ədəbiyyat == Краткая географическая энциклопедия, Том 5/Гл.ред. Григорьев А. А. М.:Советская энциклопедия — 1966, 544 с.
Sakit okean ağqabıq raltusu
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Şimali Sakit okean cərəyanı
Şimali Sakit okean cərəyanı (bəzən Şimali Sakit okean dreyfi olaraq adlandırılır)— Sakit okeanda 30-50° şm. enlikləri arasında qərbdən şərqə doğru yavaş axan isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Şimali Sakit okean cərəyanı Sakit okeanın subarktik hissəsinin cənubu və subtropik hissəsinin şimal hissələri arasında formalaşır. Cərəyan Yaponiyanın sahillərindən şimala doğru davam edən Kurosio cərəyanının toqquşması və Sakit okeanın şimal-qərbində cənuba axan soyuq subarktik Oyaşio cərəyanından yaranır. Sakit okeanın şimal-şərqində Britaniya Kolumbiyasının cənubunda cənuba doğru axan Kaliforniya cərəyanı və şimala axan Alyaska cərəyanlarına bölünür. == Həmçinin bax == Sakit okean Kamçatka cərəyanı Şərqi Avstraliya cərəyanı == Xarici keçid == Okean suyunun hərəkəti == Ədəbiyyat == The Great Soviet Encyclopedia, 3rd Edition (1970-1979) H. Freeland, What Proportion of the North Pacific Current Finds its Way into the Gulf of Alaska?
Şərqi Sakit okean silsiləsi
Şərqi Sakit okean silsiləsi — sualtı silsilə olub Sakit okeanda yerləşir. Seysmik baxımından aktiv bölgədir. Uzunluğu 7600 km, eni isə 850 km təşkil edir. Ən hündür nöqtəsi 539 m okean səviyəsindən hündürdür. Bu hündürlük Pasxa adasında yerləşir. Hündürlüyü 3500–4000 metr, ən alçaq nöqtəsi isə 732 metr təşkil edir. Şərqi Sakit okean daxili hussələrində hidrotermal mənbələr vardır.
Sakit okean ağqabıq paltusu
Sakit okean ağqabıq paltusu (lat. Hippoglossus stenolepis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinin paltus cinsinə aid heyvan növü.
ABŞ Hind-Sakit okean Komandanlığı
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
Asiya-Sakit Okean Turizm Assosasiyası
Asiya-Sakit Okean Turizm Assosasiyası və ya qısaca PATA (ing. Pacific Asia Travel Association) — beynəlxalq regional turizm təşkilatıdır. Əsası 1951-ci ildə qoyulmuşdur. Milli hökumət turizm təşkilatları, nəqliyyat və mehmanxana assosasiyaları, turizm firmaları, həmçinin turizm sənayesi ilə bağlı olan digər təşkilatları təmsil edən 34 dövlətdən 2200-dən çox üzvü birləşdirən beynəlxalq qeyri-hökumət turizm təşkilatıdır. Assosasiyanın əsas məqsədi Sakit okean regionunda turizmin inkişafına yardım göstərməkdir. Onun tədqiqat işi isə turizmin tədqiq olunması üzrə illik konfranslar hesab olunur. Mövcud konfransların nəticələri isə Sakit okean regionu üzrə illik statistik hesabatların nəşr edilməsində öz əksini tapır. PATA-nın Katibliyi ABŞ-nin San-Fransisko şəhərində yerləşsə də, onun Asiya Regionunun xidməti üzrə ofisi Sinqapurda, Sakit Okean regionunda xidmət üzrə ofisi Sidneydə, Amerika-Asiya hissələrinin xidməti üzrə ofisi isə San-Fransiskoda yerləşir. Rəsmi dili ingilis dilidir.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur. == Yaranma tarixi == Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC — Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır. == Məqsədləri və fəaliyyət istiqamətləri == ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğuASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi.Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir. == Fəaliyyəti == Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elektrik enerjisi, ətraf mühit və davamlı inkişaf. əmək ehtiyatlarının inkişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biznesin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur. == Üzvləri == ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing.
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi (ing. Pacific War; rus. Тихоокеанский театр военных действий Второй мировой войны) — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır), İkinci Dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla). Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7-8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honq Konqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər. Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla). Sakit okean cəbhəsində hadisələr, antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri ilə cərəyan etmişdir. Yaponiyanın müttəfiqi kimi Tailand böyük rol göstərsə də, əsas müttəfiqləri olan Almaniya və İtaliya hərbi yardım edə bilməmişdir. Məhz, İkinci Dünya müharibəsi bu regionda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılması, 1945-ci ilin 8 avqustunda Mancuriyanın Sovet ordusu tərəfindən işğalı və Yaponiyanın 1945-ci il 15 avqust tarixində təslim olması ilə bitmişdir.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti — Malayziyada universitet; biznes işində, həm də cəmiyyətin qurulmasında effektiv rol oynayan yüksək ixtisaslı məzunların hazırlığında texnologiyalar, innovasiyalar və yaradıcılığın unikal uyğunluğunun birləşdirilməsini rəhbər tutan ali təhsil ocaqlarındandır. == Tarixi və fəaliyyəti == Ali məktəb 1993-cü ildə Asiya-Sakit Okean İnformasiya Texnologiyaları İnstitutu olaraq Malayziyada fəaliyyətə başlayıb, 2004-cü ildən universitet statusu əldə edərək Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti adlandırılıb. Universitetin əsas hədəfi – yeni və daha effektiv düşüncə tərzlərindən istifadə edərək tələbələri oxumağa, əhatə edən şəraitə uyğunlaşmağa və başqa cür düşünməyə hazırlamaq məqsədilə şəxsi təhsil proqramları vasitəsilə innovasiyaları öyrətməkdən ibarətdir. Nailiyyətlər və müxtəlif milli və regional yarışlarda universitetin qələbələri ali təhsil, o cümlədən innovasiya tədqiqatları sahəsindəki mükəmməlliyi təsdiq edir. Bütün tədris proqramları Malayziyanın Təhsil Nazirliyi tərəfindən təsdiq edilib və Malayziya İxtisas Agentliyi tərəfindən təyin edilib. == Kampus sistemi == Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində, Texnologiya parkında yerləşdirilib. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Ölkənin əhəmiyyətli ticarət-sənaye və maliyyə mərkəzidir. Belə ki, şəhərdə və onun ətrafında kauçuk emalı,palma yağının və digər qida məhsullarının istehsalı, avtomobillərin quraşdırılması, o cümlədən elektrotexnika və elektron məmulatların və s. istehsalı həyata keçirilir.